Dərc edilib: 02-07-2017

https://www.nuh.az/11318-.html

Avropada yeni istilik rekordu qeydə alındı

02.07.2017 17:57:04

Region

Yunanıstanın Mires ərazisində Avropanın ən yüksək temperaaturu müşahidə olunub.


"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Krit adasında temperatur 45,9 C-yə çatıb və bu Avropada bu günə qədər müşahidə olunan ən yüksək temperatur hesab edilir. Artır bir neçə gündür ki, Yunanıstanda havanın istiliyi 40 dərəcədən aşağı düşmür.

Qeyd edək ki, bu həftə dünyanın bir çox ölkələrində anomal istilər müşahidə edilir, hətta İranda temperatur 54 dərəcəyə qalxıb və dünya üzrə istilik rekordu qırılıb.

 

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib