Dərc edilib: 02-07-2017

https://www.nuh.az/11317-.html

Fatma Abdullazadə Yasamal RİH-nin başçısı olacaq

02.07.2017 16:59:33

Siyasət

 

Dünən  Azərbaycan Prezidenti cənab İlham Əliyev İbrahim Əsgər oğlu Mehdiyevin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəcam imzalayıb.
NUH.az-a  daxil olan məlumata görə, Yasamal RİH-nin yeni başçısı  olmağa  bir neçə namizəd var.  Ancaq  Prezident Administrasiyasının humanitar şöbəsinin sabiq müdiri   Fatma  Abdullazadənin namizədliyi  daha real  hesab edilir. 
Məlumat  üçün bildirək ki,  az müddət  əvvəl  Fatma Abdullazadə  Prezident Administrasiyasının şöbə  müdiri vəzifəsindən azad edilib.
   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib