Dərc edilib: 02-07-2017

https://www.nuh.az/11311-.html

Tramp: "Mən müasir dövr prezidentiyəm"

02.07.2017 12:59:37

Dünya

ABŞ prezidenti Donald Trampın növbəti "tweet"i səs küyə səbəb olub.


"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Tramp sosial mediadakı aktiv fəaliyyətinə işarə edərək bunun müasir dövr prezidentlik olduğunu deyib. 

Qeyd edək ki, həftə içində o MSNBC aparıcıları Mika Brzezinski və Co Skarborou barədə təhqiramiz ifadələr işlədərək qalmaqala səbəb olmuşdu. "Twitter" hesabından isə tez-tez CNN barədə ittihamlar irəli sürür və mətbuat orqanını yalan məlumatlar yaymaqda günahlandırır.

 

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib