Dərc edilib: 02-07-2017

https://www.nuh.az/11308-.html

Sabah 42 dərəcə isti çatacaq

02.07.2017 12:27:25

Günün sitatı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, cənub küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə,  havanın temperaturunun gecə 20-23° isti, gündüz  32-37° isti, Bakıda gecə  21-23° isti, gündüz  34-36° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 3-də hava şəraiti yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 14-19° isti, gündüz  26-31° isti olacağı gözlənilir.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib