Eks-deputat həbs olunan bacısı oğlundan danışdı: "Özünə zəng edirəm, telefona..."
Xəbər verdiyimiz kimi,BakiPost saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb. Onu bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıb. Məsələ ilə bağlı ətraflı məlumat öyrənməyə çalışırıq.
Məlumat üçün bildirək ki, Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.
Sfera.az-ın əməkdaşı məsələni tam dəqiqləşdirmək üçün şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlı ilə əlaqə saxlayıb.
Sfera.az-a açıqlama verən Sabir Rüstəmxanlı bildirib ki, hələlik dəqiq heç bir məlumatı yoxdur:
"Mən rayondayam. Hələ heç bir məlumatım yoxdur. Şəhərə qayıdıb baş vermiş məsələ ilə maraqlanacam. Özünə zəng edirəm, telefona cavab vermir".
NUH.az