Dərc edilib: 30-06-2017

https://www.nuh.az/11268-.html

Deputatlığa keçmiş namizəd həbs olundu

30.06.2017 12:11:06

Hadisə

Azərbaycanda axtarışda olan qadın tutulub.

APA  xəbər verir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1968-ci il təvəllüdlü Şirəlizadə Xalidə Hüseynəli qızı saxlanılıb.
 
Qeyd edək ki, Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib