Dərc edilib: 29-06-2017

https://www.nuh.az/11263-.html

Günel Mirzəyevanın batdığı yaxta kimə məxsusdur ?

29.06.2017 15:41:14

Siyasət
Dənizdə  batan  gənc  model  Günel Mirzəyevanın  rəfiqəsinin  faciə ilə bağlı  xəbər  saytlarına dedikləri  rabitəsiz, məntiqsiz , dolaşıq  fikirlərdir: Günel  üzə bilmirdi...dostları ilə  birlikdə yaxta gəzintisinə çıxıb...yaxta çevrilib....yanındakı  ŞƏXS xilas ola bilib...
Yaxta gəzintisinə çıxanlar neçə nəfər olub və kimlər..?
Gəzintidə  kişi  də olubmu?
Olubsa, həmin şəxs  hansı vəzifəli şəxsin, yaxud  deputatın oğludur ? 
Yaxta  kimə məxsusdur ?

Bəlkə hadisə  əvvəlcədən planlaşdırılıb ? 

Suallar çoxdur. Əlbəttə, biz  kimlərisə  şübhə altına almaq istəmirik və  inanırıq ki,  hüquq-mühafizə orqanları faciənin baş vermə səbəblərini  obyektiv araşdıracaqlar.
Bakıda dənizdə batan modelin meyiti tapılıb.
 
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya bildirilib ki, bu gün Günel Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.
 
Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G. Mirzəyeva dənizdə batıb.
 
Xatırladaq ki, G. Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.

 

13:21

 

 

Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçısı olan Günel Mirzəyeva vəfat edib.  “1news.az”ın   verdiyi məlumata görə, bu barədə modelin yaxın dostu deyib. O bildirib ki, rəfiqəsi dənizdə boğulub: “Hadisə “vəhşi” çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, o isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir.

Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, o, sağdır və bizimlə zarafat etmək istəyir”.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib