Korrupsiyada ittiham olunan keçmiş baş nazir azadlığa çıxır
İsrailin həbsdə olan eks-baş naziri Ehud Olmert azadlığa buraxılır.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin əfv komissiyası qərar qəbul edib. Artıq 1 ildir ki, həbsdə olan 71 yaşlı Olmert bazar ertəsi azad edilə bilər.
Xatırladaq ki, keçmiş baş nazir 2015-ci ildə amerikalı biznesmendən rüşvət aldığı üçün 8 il azadlıqdan məhrum edilmişdi. Onun rüşvət alması isə İsrail tarixində ən böyükmiqyaslı korrupsiya qalmaqalı hesab edilir.
NUH.az