Dərc edilib: 28-06-2017

https://www.nuh.az/11251-.html

Avropa Rusiyanı yenə məyus etdi

28.06.2017 15:59:42

Siyasət

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.


"Qaynarinfo"nun xarici mətbuata istinadən məlumatına görə, yeni qərara əsasən sanksiyaların müddəti daha 6 ay - 2018-ci il yanvarın 31-dək uzadılıb.

Hazırkı sanksiya müddəti iyul ayının 31-dək uzadılmışdı.

Avropa İttifaqı 2014-cü ildən Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya iqtisadi sanksiyalar tətbiq edib.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib