Dərc edilib: 27-06-2017

https://www.nuh.az/11234-.html

Xalq artistinin vida mərasimi olub - Fotolar

27.06.2017 14:29:18

Hadisə

Bu gün dünyasını dəyişən xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilib.


“Axşam.az”ın məlumatına görə, Təzə Pir məscidində keçirilən mərasimdə xalq artistinin yaxınları, sənət dostları iştirak edib.

Qeyd edək ki, bir neçə dəfə insult keçirən xalq artistinin vəziyyəti bu ilin fevral ayından ağırlaşmışdı. Bir neçə gündür Respublika Diaqnostika Mərkəzinə yerləşdirilən xanəndənin bu sabah vəziyyəti pisləşdiyindən həkimlər onu süni nəfəs aparatına qoşmuşdular. Vəziyyətində heç bir irəliləyiş olmayınca, həkimlər Q.Quliyevanın ailə üzvlərinə  onu evə aparmağı məsləhət görüblər. Xalq artisti xəstəxanadan çıxandan sonra dünyasını dəyişib.

 








 

NUH informasiya agentliyi səhifəsindən çap edilib