Dərc edilib: 26-06-2017

https://www.nuh.az/11219-.html

Azərbaycanda bayram namazı qılınıb

26.06.2017 10:29:25

Cəmiyyət

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.


Oxu.az-ın  məlumatına görə, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər. 

“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib