Salyanda ağır qəza - 5 yaralı
Ələt-Astara yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, "Mercedes" markalı avtomobil ilə hazırda markası məlum olmayan minik maşınının toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
NUH.az