İlham Əliyev baş redaktoru qəbul etdi (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyasının “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir: "Ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov ümummilli liderlə söhbətlərin çox maraqlı keçdiyini bildirib.
Qonaq Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.
Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Humanitar sahədə əməkdaşlığımızın genişləndirilməsində Azərbaycan və Rusiya ziyalılarının əlaqələrinin rolu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb".
NUH.az