Dərc edilib: 21-06-2017

https://www.nuh.az/11161-.html

Moldova prezidenti Azərbaycana rəsmi səfərə gəlib

21.06.2017 19:53:29

Siyasət

Moldova prezidenti İqor Dodon iyunun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Qaynarinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Moldova prezidenti İqor Dodonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib