Londonda dəhşət: yanan binada bir-birini qucaqlamış 42 meyit
Londonda 14 iyunda yaşayış binasında baş verən yanğında 79 nəfər dünyasını dəyişmişdi.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, binada yerləşən bir otaqda bir-birini qucaqlamış 42 nəfərin meyiti tapılıb. Ölənlərin çoxunun uşaq və qadın olduğu bildirilir.
İngiltərə rəsmiləri indiyə qədər yalnızca 5 nəfər qurbanın şəxsiyyətinin müəyyənləşdirildiyini deyir. Ölənlərin çoxunun tanınmaz hala düşdüyü bildirilir.
NUH.az