Dərc edilib: 17-06-2017

https://www.nuh.az/11099-.html

Keşiş-prezident öldü

17.06.2017 12:28:54

Hadisə

Vanuatunun prezidenti Baldvin Lonsdeyl vəfat edib.

"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, prezident ürək tutmasında vəfat edib.

O, təcili xəstəxanaya çatdırılsa da, həkimlər prezidentin həyatını xilas edə bilməyib. Baldvin 2014-cü ilin sentyabrından prezident postunu tuturdu. O, buna qədər keşiş olub.

Ölkə konstitusyasına əsasən yeni prezident 3 həftə ərzində parlament üzvləri regional şuraların rəhbərləri tərəfindən seçilməlidir.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib