Dərc edilib: 16-06-2017

https://www.nuh.az/11090-.html

Daha bir yataqxanada yanğın: 25 nəfər təxliyə edildi

16.06.2017 23:30:01

Hadisə

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları yanıb.

"Qaynarinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 kvadratmetr sahədə əriyib. Yanğın zamanı 3 sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 sakin təhlükəsiz əraziyə təxliyə olunub

Dəhlizin qalan hissəsi və bina yanğından mühafızə olunub. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib