Nazir polis rəisini işdən qovdu
Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.
APA xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə şöbəsi rəisi Bahadur Şükürov və şöbənin əməkdaşı - 1 zabit, 2 serjant vəzifələrindən azad olunub.
Bahadur Şükürov 2015-ci ildə Ağsu rayon Polis Şöbəsinin rəisi vəzifəsindən Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib. Hələlik onun yerinə təyinat olmayıb.
Rayon Polis Şöbəsindən məlumat təsdiqlənib.
NUH.az