Dərc edilib: 14-06-2017

https://www.nuh.az/11061-.html

20 milyona yaxın pul ödənildi - Nazirlikdən məktub gəldi

14.06.2017 18:10:46

Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hakim bildirib ki, təqsirləndirilənlərdən Anar Mustafayevin 567 min manat, Beytulla Hüseynovun 10 milyon 200 min manat ödəniş etməsi barədə məhkəməyə nazirlikdən arayış daxil olub. 

Nazirlik həmin şəxslərlə bağlı mülki iddiası olmadığını qeyd edib.

Müdafiə tərəfinin vəkillərinə çıxış üçün söz verilib. Onlar hazır olmadıqlarını bildiriblər.

Hakim vəkillərə 2 gün vaxt verib. Proses iyunun 16-da davam etdiriləcək.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib