Nuray Bayramzadəyə zor tətbiq edən icra məmurlarının məhkəməsi başlayır
Məlumat üçün bildirək ki, bir müddət əvvəl Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası zamanı icra məmurları tərəfindən uşağa zor tətbiq edilməsi ilə bağlı sosial şəbəkələrdə yayımlanan video cəmiyyət tərəfindən qəzəblə qarşılanmışdı.
Bu gün Nuray Bayramzadənin xalası NUH.az-a bildirib ki, sabah saat 11-də Sumqayıt İqtisadi-İnzibati məhkəməsində Nuray Bayramzadəyə qarşı zor tətbiq etmiş icra məmurlarının məhkəmə prosesi olacaq.
Xəbəri dəqiqləşdirmək üçün Nuray Bayramzadənin vəkili Balabəy Məlikovla əlaqə saxladıq. O, xəbəri təsdiq etdi.
NUH.az