Dərc edilib: 11-06-2017

https://www.nuh.az/11039-.html

Azərbaycanda tanınmış jurnalistə yüksək vəzifə verildi

11.06.2017 20:58:38

Cəmiyyət

Jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib.


"Qaynarinfo"nun məlumatına görə, Y. İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Ondan öncə isə Y. İsakov “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Qeyd edək ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib