Dərc edilib: 11-06-2017

https://www.nuh.az/11035-.html

Kişilər ictimai nəqliyyatda belə otura bilməyəcək

11.06.2017 00:56:12

Cəmiyyət

İspaniyanın paytaxtı Madriddə ictimai nəqliyyatda kişilər ayaqlarını açıb otura bilməyəcək.


"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Madrid bələdiyyəsi ictimai nəqliyyatda kişilərin ayaqlarını geniş açaraq oturmasını qadağan edib və bu barədə lövhələr yerləşdirib.

Qeyd edək ki, bir müddət idi qadınlar sosial mediada kişilərin belə oturmalarından narahat olduqlarını bildirirdi. Nyu Yorkun ardından Madrid bu formada oturmağı qadağan edən ikinci şəhər oldu.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib