Qətər əmiri Türkiyə səfərini ləğv etdi
Körfəz böhranından əvvəl Rəcəb Tayyip Ərdoğan tərəfindən bu həftə sonu üçün Türkiyəyə dəvət edilən Qətər əmiri Şeyh Temim bin Hamad Əl Sani səfərini ləğv edib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir sıra ərəb ölkələri Qətərlə diplomatik əlaqələri kəsdikdən sonra əmir bütün xarici səfərlərini ləğv edib.
Qətərin xarici işlər naziri də əmirin bu addımını ölkənin blokada altında olması ilə izah edib.
Bununla yanaşı, əmir Əl Saninin xaricə çıxdığı anda iqtidardan salınaraq ölkəsinə geri qayıda bilməmək narahatlığını yaşadığı bildirilir.
NUH.az