Dərc edilib: 09-06-2017

https://www.nuh.az/11023-.html

Nazirimiz beyin insultu keçirib

09.06.2017 16:56:55

Siyasət

İstanbulun "Florence Nightingale" klinikasından Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə rəsmi açıqlama verilib.

 

Klinikadan APA-ya verilən açıqlamada bildirilir ki, N.Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub.

Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib.

Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə "Florence Nightingale" klinikasına aparılıb.

"Ciddi tibbi müdaxilə ilə qan dövranın normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib", - açıqlamada bildirilir.

Allah rəhmət eləsin!

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib