365info.az saytının rəhbəri Anar Asimoğlunun həbsini sifariş edən kimlərdir..?
Elçin Bədəlov Hərbi prokuror Xanlar Vəliyevin qardaşı oğlundan mətbuata şikayət edib.
Məlumat üçün bildirək ki, 365info.az saytı xeyli müddətdir “Nort Vest” şirkətinin icraçı direktoru Elçin Bədəlovla bağlı silsilə məqalələr dərc edir.
Məqalələr faktlara əsaslandığı üçün qarşı tərəf sivil yolla mövqe bildirmək, açıqlama vermək fikrindən uzaqdır. Ona görə də nə yolla olur-olsun saytın fəaliyyətinə mane olmaq, saytın rəhbəri Anar Asimoğlunu susdurmaq qərarına gəliblər.
Bəli, redaksiyamıza daxil olan məlumata görə, bir qrup vəzifəli şəxs tərəfindən Anar Asimoğlunun həbsinə hazırlıq görülür.
Maraqlıdır ki, bu qrup nə üçün Elçin Bədəlovu belə ciddi-cəhdlə müdafiə edir, azad medianı susdurmaq istəyirlər..? Hətta baş redaktorun həbsinə çalışırlar.
Bu qrupa daxil olan vəzifəli şəxslərin kimliyi və onlarla Elçin Bədəlovu birləşdirən maraqların nə olması bizə yaxşı məlumdur. Müəyyən məsələləri nəzərə alaraq Elçin Bədəlovu müdafiə edən bu dəstənin gələcək maraqları ilə bağlı detallara varmaq istəmirik.
Ancaq bir məsələni qeyd edək ki, bu dəstənin üzvləri hərbi prokuror Xanlar Vəliyevin yüksələn xətlə davam edən karyerasından və …ən əsası “gözlənilən təyinatından” ciddi narahat olan və həmişə Vəliyev qardaşlarına “kontra” gedən qüvvələrdir.
Yeri gəlmişkən, bir müddət əvvəl həmin dəstənin əsas fiqurlarından biri olan Elçin Bədəlovun özü və ailə üzvləri adından ölkə mətbuatına müraciət daxil olmuşdur. Elçin Bədəlov öz adının mətbuatda hallanmaması üçün müraciəti onun anası, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 5, mənzil 117 ünvanda pasport qeydiyyatında olan, Xətai rayonu, Xocalı küçəsi 14, 3-cü blok, mənzil 8-də yaşayan Bədəlova Elmira Mirzə qızı imzalamışdır.
Həmin müraciəti olduğu kimi dərc edirik: “Yazıb Sizə bildirirəm ki, Xətai rayonu, Xocalı küçəsi 14 ünvanında yaşadığımız binanın birinci mərtəbəsində xeyli vaxtdır “Vassabi” adlı restoran fəaliyyət göstərir. Bildiyimizə görə, bu obyektin sahibi Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin oğlu Elnur Vəliyevdir. Əslən Gəncədən olan iş adamı Telman Hənifəyev həmən restoranın yerləşdiyi obyekti Elnur Vəliyevdən icarəyə götürüb işlədir. Həmin restoranda gecə saat 23-00-dan səhərədək hay-küylü musiqi çalınır və vətəndaşların asayişi pozulur. Səhərədək səs-küydən sakinlər yata bilmir.
Biz sakinlər dəfələrlə Xətai rayonunda ictimai asayişi qorumalı olan polis işçilərinə müraciət etsək də xeyri olmayıb. Hətta bir neçə dəfə qonşular restoranın sahibi Telman Hənifəyevə şikayət edəndə restorandakı xanımlarla sakinlər arasında münaqişə baş verib. Sonuncu dəfə binanın sakinləri komendantın vasitəsilə Telman Hənifəyevlə əlaqə saxlayaraq öz iradlarını bildirblər, restorandakı səs-küydən səhərədək yata bilmədiklərini söyləyiblər. Telman Hənifəyev isə bildirib ki, külli miqdarda icarə haqqı verirəm, əgər səhərədək restoranı işlətməsəm icarə haqqını verə bilmərəm.
Hörmətli redaksiya! Sizdən xahiş edirəm bizim binanın sakinlərinin müraciətini əlaqədar orqanlara çatdırasınız”.
P.S. Deyəsən Elçin Bədəlovun maraqları ilə Xanlar Vəliyevə əngəl olmaq istəyən dəstənin maraqları çulğalaşıb.
Şamil Həsənbəyli
365info.az