Dərc edilib: 08-06-2017

https://www.nuh.az/11016-.html

BMT-dən “Qətər böhranı” ilə bağlı çağırış

08.06.2017 21:14:21

Günün sitatı

Birləşmiş Millət Təşkilatının (BMT) baş katibi Antonio Quterrez Qətər böhranı ilə bağlı açıqlama yayıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada tərəflərin diplomatik həll yollarını axtarmaları tövsiyyə edilib:

“Bütün Körfəz ölkələri tərəflər arasında vəziyyəti daha da gərginləşdirəcək açıqlamalardan uzaq durmalıdır”.

Qeyd edək ki, iyunun 5-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki respublikası Qətərlə bütün diplomatik əlaqələrinə son qoyduqlarını elan etmişdilər.

Daha sonra onların cərgəsində Mavritaniya və Komor adaları qoşulmuşdu. Çad, İordaniya və Seneqal isə səfirini geri çağırıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib