Elçin Quliyev yoqa dərsində
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası baş tutub.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə məlumatı teleaparıcı Hacı Nuran öz Feysbuk səhifəsində paylaşıb.
Teleaparıcı qeyd edib ki, bu gün səhər saat 8:00-da “Hatha-Yoqa” sessiyası, 9:00-da isə “Sri Sri Yoqa” sessiyası olub.
Açıq hava yoqa sessiyası “Yoga Shahi” studiyasının təcrübəli müəllimləri Yelena Səfərova və Elçin Quliyev tərəfindən keçirilib.
“Saat 8:00-da 10 ildən çox təcrübəsi olan, 2009-cu ildə Polşadakı Beynəlxalq Şivananda yoqa kurslarını bitirərək yoqa müəllimi adına layiq görülmüş Elçin Quliyevin iştirakı ilə yoqanın klassik növü olan “Hatha-Yoqa” sessiyası, saat 9:00-da isə “art of life” fondunun təmsilçilərindən biri olan Yelena Səfərovanın iştirakı ilə “Sri Sri Yoqa” sessiyası təşkil edilib”, - deyə H.Nuran yazıb.
Qeyd edək ki, yoqa sessiyasında Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.
NUH.az