Türkiyədə hərbi helikopter qəzaya düşdü - 13 şəhid+ Yenilənib
Türkiyənin Şırnak vilayətində hərbi helikopter qəzaya düşüb.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Şırnak 23-cü Sərhəd Divizya Komandirliyindən havaya qalxan “Cougar” tipli hərbi helikopter 3 dəqiqə sonra İraqla sərhəddə yerləşən Şenoba bölgəsində radarlardan itib.
Şırnak Valiliyinin açıqlamasında bildirilir ki, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb.
Hadisənin baş verdiyi əraziyə xilasedicilər cəlb olunub.
***
“Milliyet” xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə saat 19:47-də qeydə alınıb.
Helikopterin göyərtəsində 23-cü Sərhəd Diviziya Komandirliyinin komandiri, general Aydoğan Aydın, polkovnik və podpolkovniklər də olub.
Hadisə nəticəsində şəhidlərin olduğu bildirilir.
***
“Cnnturk”un məlumatına görə, baş nazirin köməkçisi Mehmet Şimşek Tvitter hesabında insidentlə bağlı açıqlama yayıb: “Şırnakdan kədərli xəbər gəldi. Allah şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun”.
***
“İHA”nın xəbərinə hörə, helikopterin qəzaya düşməsi nəticəsində 13 əsgər şəhid olub.
***
“Hurriyet”in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri (TSK) helikopterin göyərtəsində 13 nəfərin olduğunu və onların hamısının həlak olduğunu açıqlayıb.
NUH.az