Avropa çempionu özünü 10-cu mərtəbədən ATDI- Hadisə yerindən FOTOLAR
Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Hadisə 8-ci mikrorayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.
Hadisə şahidlərinin Unikal.org-un əməkdaşına verdiyi məlumata görə,1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Yaxınlarının dediklərəinə görə, İ. Məhərrəmov Budo idman növü üzrə Dünya və Avropa çempionudur. (unikal.org)
NUH.az