Bakının mərkəzində FACİƏVİ QƏZA - Bahalı Porsche polis maşınını vurdu, polislərimizdən biri öldü
Bakıda polis avtomobili minik maşını ilə toqquşub.
Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail Rayon Polis İdarəsinə məxsus "Fiat Doblo" markalı avtomobil "Porsche" markalı maşınla toqquşub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzanın görüntülərini Orxan Məmmədli adlı Facebook istifadəçisi öz səhifəsində paylaşıb.
Sonxeber.az qəzanın görüntülərini təqdim edir:
Mənbə: APA