Sürət yarışında dəhşətli qəza törədən sürücünün RESTORANI – FOTOLAR
Paytaxtın Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində baş verən qəzanı törədən sürücülərdən biri 1982-ci il təvəllüdlü Şənlik Şükürovun “Salam Aleykum” restoranının sahibi olduğu üzə çıxıb. Kivnews.com olaraq bildirək ki, Şənlik Şükürovun idarə etdiyi “BMW X5” markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb. Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Neftçilər prospektində “Range Rover” markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.
NUH.az