Bakıdakı küçə itləri Qubaya göndərildi
Bakıda keçirilən İslam Həmrəylik oyunları ilə bağlı NUH.az-ın Quba bürosundan maraqlı məlumat daxil olub.
Məlumata görə bir neçə gündür Bakı şəhərindəki mindən artıq küçə iti maşınlara doldurularaq Qubaya köçürülür.
Məqsəd İslam Oyunları zamanı asayişi qorumaqdır. Köçürülən itlər Qubada çayın ətrafındakı əraziyə buraxılır.
İslam oyunlarından sonra itlərin geri qaytarılıb-qaytarılmayacağı məlum deyil.
NUH.az