Dərc edilib: 08-05-2017

https://www.nuh.az/10696-.html

Ziya Məmmədovun kadrı işdən çıxarıldı

08.05.2017 18:14:18

Siyasət

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Elnur Abdullayev tutduğu vəzifədən azad edilib.


 Baku.ws-ın  məlumatına görə, onun işdən azad edilməsi bu dəqiqələrdə reallaşıb. Elnur Nazim oğlu Abdullayevin yeni vəzifəyə təyinat alacağı gözlənilir. 

Xatırladaq ki, Nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. O, eks-nazirin oğlu Anar Məmmədovun yaxın dostudur. 

Bundan əvvəl isə E.Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

 

  NUH. az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib