Dərc edilib: 08-05-2017

https://www.nuh.az/10695-.html

Rafael Dadaşovun vəziyyəti pisləşdi

08.05.2017 18:06:24

Hadisə

Tanınmış aktyor, xalq artisti Rafael Dadaşovun vəziyyəti ağırlaşıb.


Bu barədə Ölkə.Az-a sənətkarın əmisi qızı, müğənni Lalə Dadaşova məlumat verib:

“Şəkəri var, ürəyi, böyrəyində də problem yaranıb. Hər şey bir-birinə qarışıb. Axşam vəziyyəti ağırlaşdı, xəstəxanaya yerləşdirildi. İndicə yanından gəlirəm. Onun üçün dualar elədim. Allah Rafaeli xalqımıza çox görməsin. Hazırda reanimasiyadadır”.

Qeyd edək ki, Rafael Dadaşov 1946-cı ildə Bakıda anadan olub.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib