Dərc edilib: 05-05-2017

https://www.nuh.az/10664-.html

14 yaşlı qatilin eyş-işrət Fotoları

05.05.2017 15:25:35

Siyasət

Mayın 3-də qanunsuz olaraq idarə etdiyi “Porsche” markalı avtomobillə 24 yaşlı qadını vuraraq öldürəın biznesmen oğlu, 14 yaşlı Ağaəli Fərəcovun dəbdəbəli və içki məclislərində keçən həyatından yeni faktlar ortaya çıxıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Fərəcov uzun müddətdir davam etdirdiyi bu “fəaliyyəti”ndə “avtoş”luq, qəlyan çəkmək və spirtli içkilər qəbul etmək əsas yer tutub. Yeniyetmənin gecə həyatından çəkdiyi fotoları təqdim edirik.

Qeyd edək ki, Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürüb. Vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.

 






NUH informasiya agentliyi səhifəsindən çap edilib