Kanal 13-ün direktoru saxlanıldı: 30 sutka həbs cəzası aldı - Yenilənib
Ölkənin ilk internet kanalı olan "Kanal 13"-ün direktoru Əziz Orucov polis tərəfindən saxlanılıb.
Bu haqda Əziz Orucovun qardaşı və "Kanal 13"ün təsisçisi Anar Orucov özünün "Facebook" səhifəsində məlumat verib:
"Kanal13" internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hər iki əməkdaşımız heç bir izahat verilmədən, normal hüquqi cəmiyətə xas bir şəkildə polis idarəsinə dəvət etmək mümkün ikən, zorakılıqla avtomobildən düşürdülərək Nəsimi Rayon Polis İdarəsinə aparılıblar və bür müddət sonra isə Lamiyə Çerpanova buraxılsa da, Əziz Orucov gün ərzində polis idarəsində dindirildikdən sonra, barəsində qərar verilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb. Xuliqanlıqda ittiham edilir. ".avat.com)
***
"Nəsimi Rayonu Məhkəməsinin qərarı ilə Əziz Orucov 30 sutka azadlıqdan məhrum edilib”.
NUH.az