Dərc edilib: 02-05-2017

https://www.nuh.az/10630-.html

Nazir Nuray Bayramzadəyə görə Quba icra şöbəsinin rəisini vəzifədən çıxardı

02.05.2017 15:31:21

Cəmiyyət

7  dekabr 2016-cı il tarixdə Quba rayon icra şöbəsində icra prosesi zamanı 10 yaşlı Nuray Bayramzadəyə qarşı zor tətbiq  edilməsi, az yaşlının təzyiqə və zorakılığa məruz qalması  ilə bağlı  Ədliyyə Nazirliyinin araşdırması başa çatıb.  

 

Nazirlikdən  NUH.az-a daxil olan məlumata görə, nazir Fikrət Məmmədovun  əmri ilə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Quba rayon icra şöbəsinin rəisi İsrafil Mustafayev  vəzifəsindən azad edilib.

 

Nazirlik  əməkdaşının  NUH.az-a  dediyinə  görə,   az yaşlıya  təzyiq edən  digər vəzifəli şəxslərin də cəzalandırılacağı  gözlənilir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib