Dərc edilib: 30-04-2017

https://www.nuh.az/10605-.html

Şəhriyar Məmmədyarov ən güclü oldu

30.04.2017 20:48:14

Cəmiyyət

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan IV şahmat turnirinin yekun turu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sonuncu - doqquzuncu turda yarışın lideri, həmyerlimiz Şəhriyar Məmmədyarov bolqar şahmatçı Veselin Topalovla qarşılaşıb. Görüş heç-heçə başa çatıb və xallarının sayını 5,5-ə çatdıran Şəhriyar xatirə turnirinin qalibi olub.

Digər həmyerlimiz Teymur Rəcəbov isə mükafatçılar arasında yer ala bilməyib.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib