Dərc edilib: 30-04-2017

https://www.nuh.az/10592-.html

Mədət Quliyev sağlam həyat tərzindən danışdı

30.04.2017 12:10:59

Cəmiyyət

"Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri marafonda iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

O bildirib ki, hamı kimin qalib gələcəyi haqda danışır: "Mən deyərdim ki, ümumiyyətlə, xalqımız qalib gəlib. Hər kəs çalışmalıdır ki, sağlam həyat tərzi keçirsin". 

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev isə hər kəsə uğurlar arzulayıb:

"Bu tədbir sağlam həyat tərzinin təbliğatıdır. Biz də iştirak edərək dəstəyimizi göstəririk".

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib