Nazir İsmayıl Əsədovu Baş İdarənin rəis müavini təyin etdi
Dünən daxili işlər naziri cənab Ramil Usubov Kürdəmir rayon Polis Şöbəsinin rəisi İsmayıl Əsədovu vəzifəsindən azad edib.
NUH.az-a daxil olan məlumata görə, bu gün cənab nazirin əmri ilə İ.Əsədov DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi müavini vəzifəsinə təyin olunub.
Məlumat üçün bildirək ki, İsmayıl Əsədov əvvəllər Nizami, Yasamal və Nərimanov rayonlarında polis rəisi işləyib.
NUH.az