Gürcüstan prezidentinin qaynı 4 il müddətinə azadlıqdan məhrum edilib
Tiflis şəhər məhkəməsinin qərarı ilə Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qaynı Mixail Mqaloblişvili 4 il azadlıqdan məhrum edilib.
Xəbəri Gürcüstanın İctimai Televiziyası yayıb.
M. Mqaloblişvili qanunsuz silah əldə etmə və saxlamaqda günahlandırılır. O artıq 4-cü aydır həbsdədir.
Qeyd edək ki, Gürcüstanın birinci xanımı qardaşının məhkəmə prosesində iştirak edib. (APA)