Dərc edilib: 24-04-2017

https://www.nuh.az/10504-.html

“Ştutqart”ın vergi sənədi yayıldı - FAKT

24.04.2017 12:58:23

Cəmiyyət

“Ştutqart” MMC-nin rəhbəri, millət vəkili Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev tərəfindən evi, maşınları əlindən alınan Fərhad Rəfiyevin anası Sevinc Rəfiyeva Azərbaycan Respublikasının Birinci Vitse prezidenti xanım Mehriban Əliyevaya, Vergilər naziri Fazil Məmmədova müraciət ünvanlayıb.


NUH.az olaraq müraciəti diqqətinizə çatdırırıq:

 

Hörmətli Mehriban xanım!


Millət vəkili Nəriman Əliyev  və bacısı oğlu Əfqan  Abdullayev tərəfindən əmlakımızın əlimizdən zorla alınması ilə bağlı Sizə müraciət etmişdim.  Millət vəkilinə məxsus “Ştutqart” magazalar şəbəkəsinin son 13 ay ərzində  14.547.866 manat  satış etməsi barədə rəsmi sənədi  Sizlərin diqqətinə təqdim edirəm. Bu rəqəm təkcə “Ştutqart” magazalar şəbəkəsinin mərkəzi  mağazasına aiddir və sənəd mağazanın rəsmiləri tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Lakin millət vəkilinə məxsus olan mağazalar şəbəkəsi satışını vergidən gizlədərək hər il büdcəyə milyonlarla manat ziyan vurmuşdur!

Hazırda millət vəkili bizləri susdurmaq üçün Nizami rayon Prokurorluğunda ailəmizə qarşı saxta ittihamlar hazırlayıb ailəmizi  təhdid edirlər!

Biz dövlətimizin və Prezidentimizin  gücünə və ədalətinə inanırıq. Əlimizdə olan digər materialları da dövlət orqanlarına təqdim edə bilərik!

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib