Dərc edilib: 21-04-2017

https://www.nuh.az/10473-.html

Abonentden “Azercell”ə sərt ittihamlar — "OĞRUSUNUZ!"

21.04.2017 23:07:12

Cəmiyyət

Ölkənin ən böyük mobil operatoru “Azercell”in göstərdiyi xidmət səviyyəsi daha bir müştərinin narazılığına səbəb olub.

Ölkə.Az xəbər verir ki, bu barədə həmin operatorun xidmətlərindən istifadə edən xanım “Facebook” səhifəsində yazıb. 

O deyib ki, artıq 5-ci dəfədir bütün xidmətlərdən imtina etməyini tələb edib: 

“Buna baxmayaraq, balansımdan dayanmadan bir qəpik çıxılır. Mobil operator müştərinin bir qəpiyinə göz dikib”, - deyə abonent yazıb. 

Abonent deyib ki, o məsələ ilə bağlı “Azercell”in müştəri xidmətlərinə zəng etdiyini və balansından nə üçün pul çıxıldığını soruşub:

“Müştəri xidmətlərindən isə dedilər ki, ola bilər ki, sizin mobil internetiniz açıq olub və oradan sərfiyyat yaranıb.

Daha sonra məni digər şöbələr ilə əlaqə saxlamağı məsləhət gördülər. “Azercell” bundan əvvəl də məni xəbərim olmadan hava və valyuta xidmətlərinə qoşub balansımdan pul çıxmışdı”, - deyə müştəri bildirib. 

Ölkə.Az xəbər verir ki, Oxu.Az məsələ ilə bağlı şirkətə müvafiq sorğu göndərib.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib