Müəllim şagirdləri uşaqların gözü qarşısında belə döyür - VİDEO
Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib.
"Xəzər TV"nin əməkdaşları məsələni araşdırmaq üçün həmin kənddə olub və hətta elə həmin müəllimin özü ilə görüşüb. "Şagirdləri niyə döyürsüz” sualına alınan cavab isə xeyli təccüblü olub.
Şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür.
Görüntülər Tovuz rayonu Qalaboynu kənd məktəbində çəkilib. Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdu. Məsələni araşdırmaq üçün həmin məktəbə üz tutub elə həmin müəllimin özünü tapdıq. Görüntülərin montaj olduğunu iddia edən müəllim ittihamlarla razılamadı.
Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.
Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.
Məsələ ilə Təhsil Nazirliyindən məsələyə Rayon Təhsil Şöbəsinin mövqe bildrəcəyi deyilib. Gün ərzində cəhdlərə baxmayaraq Rayon Təhsil Şöbəsindən məsələyə münasibət almaq mümkün olmayıb. Nazirlik isə öz növbəsində "məsələni araşdıracağıq” cavabı ilə kifayətlənib.
NUH.az