Dərc edilib: 15-04-2017

https://www.nuh.az/10380-.html

Davudoğlu Ərdoğanı mitinqdə tək qoymadı

15.04.2017 00:42:28

Siyasət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 16-da keçiriləcək referendum seçkiləri ilə bağlı Konya şəhərində mitinq təşkil edib.


“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, keçmiş baş nazir, AKP-nin Konya üzrə millət vəkili Əhməd Davudoğlunun mitinqdə iştirak edib-etməyəcəyi uzun zamandır müzakirə olunurdu. Lakin Davudoğlu bu gün keçirilən mitinqə qatılaraq suallara son qoyub.

O, kürsüyə çıxaraq Ərdoğanı dəstəklədiyini nümayiş etdirib: “Bu millət hər zaman öz doğru qərarını verib. Söz də, qərar da sadəcə millətindir. O qərar nə olursa-olsun başımızın tacıdır. Bu milləti bölmək istəyənlərə qarşı 16 apreldə kim nə səs verir-versin, aprelin 17-də bir-birinə salam verib gülümsəsin. Yeni Türkiyəni qurmaq lazımdır”.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib