Dərc edilib: 14-04-2017

https://www.nuh.az/10376-.html

Azərbaycan 1 milyard dollarlıq təyyarə alır - Foto

14.04.2017 19:15:04

İqtisadiyyat

Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və ABŞ-ın "Boeing" aerokosmik korporasiyası 10 ədəd "Boeing-737 MAX" sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalanıb. Bu barədə "Qafqazinfo"ya "Silk Way Holding"dən məlumat verilib.
 
Müqavilə "Silk Way Holding"in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən bu gün Bakıda imzalanıb.

İmzalama mərasimində AZAL-ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edib.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib