Dərc edilib: 13-04-2017

https://www.nuh.az/10356-.html

Azərbaycan polisindən inanılmaz xilasetmə: "Əlini verməyən kişi deyil"

13.04.2017 17:01:42

Hadisə

Bakı şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.


1news.az   xəbər verir ki, şəhərin Nəsimi rayonundakı mikrorayonların birində özünə qəsd etmək istəyən şəxs binanın damına çıxıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Beşmərtəbəli binanın damına çıxan polis özünü aşağı atmaq istəyən şəxsi qeyri-adi üsulla xilas edib.

Polis serjantı özünə qəsd etmək istəyən şəxsə yaxınlaşaraq: "Əlini mənə ver, vermiyən kişi deyil, vermiyən alçaqdır"-deyib.

Belə bir ifadə nəticəsini verib. Çox güman ki, söyüş götürməyən şəxs əlini polisə uzadıb və onu damdan endiriblər

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib