Dərc edilib: 13-04-2017

https://www.nuh.az/10347-.html

Ramil Usubov həkimi rəis təyin etdi - FOTO

13.04.2017 01:36:47

Cəmiyyət

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalına rəis təyin edilməsi ilə bağlı müvafiq əmr imzalayıb.


Bakipost.az xəbər verir ki, əmrə əsasən, Hospitalın Müalicə işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı Babaxanov İsbi sözügedən vəzifəyə təyin olunub.

Məlumat üçün bildirək ki, o, 1999-cu ildən bu hospitalda çalışır.

Qeyd edək ki, Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar bir neçə ay əvvəl təqaüdə göndərilib.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib