Bakıda istirahət mərkəzindəki uçqunda - Ölənlərin adları +Fotolar
Bakının Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.
“Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə zamanı binada 6 nəfər olub.
Onlardan 2-nin meyiti çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 1-ə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
***
Bakıda binada uçqun nəticəsində ölənlərin adları məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.
Fotolar: APA