Dərc edilib: 12-04-2017

https://www.nuh.az/10331-.html

Gəncədə partlayış

12.04.2017 00:32:36

Hadisə

Gəncədə qorxulu partlayış olub.


"Qafqazinfo" ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, 4-cü mikrorayonda yaşayan 57 yaşlı Rəqibə Musayeva yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onun binada qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət aldığı bildirilir. Qadının deməsinə görə, birinci mərtəbədə qeydə alınan partlayışın gücündən mənzilindəki bacanın qapağı qopub və onun başına düşüb. 

Sağ əlin barmağının travmatik əzilməsi və başın təpə nəhiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan Rəqibə Musayevaya lazımi tibbi yardım göstərilib və o, ambulator müalicəyə buraxılıb.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib